• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bu gün Dünya Torpaq Günüdür - FOTO

    05

    dek

    Bu gün Dünya Torpaq Günüdür - FOTO

    Dünya Torpaq Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 5 dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq elan edilib. Hər ilin bu günü torpağın əhəmiyyətini vurğulamaq, onun qorunması və davamlı istifadəsi ilə bağlı tədbirlər görmək məqsədilə keçirilir.

    Ekologiya.az bildirir ki, hər il Dünya Torpaq Günündə torpaqla bağlı aktual problemləri həll etmək üçün xüsusi bir mövzuya diqqət yetirir. Bu ilin mövzusu "Torpağa qulluq: ölç, nəzarət et, idarə et" devizi altında qeyd olunur.

    Torpaq yalnız ərzaq istehsalının deyil, eyni zamanda ekosistemlərin, təbiətin tarazlığının və insanların yaşayış şəraitinin əsasını təşkil edir. Bu həyati resurs olmadan nə bitkilər böyüyə, nə su dövranı tənzimlənə, nə də karbon saxlanılması həyata keçirilə bilər.

    Davranışlarımız gələcək nəsillər üçün münbit, davamlı torpaqların təmin edilməsində fərq yarada bilər. Gəlin, 2024-cü il Dünya Torpaq Günündə bu əvəzsiz sərvəti qorumaq üçün birləşək, dayanıqlı gələcək üçün torpağı və biomüxtəlifliyimizi qoruyaq!

    Tarix : 5-12-2024, 15:15 | Oxunub: 1 384