Ana səhifə›
CƏMİYYƏT
›
ETSN və Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - FOTO
CƏMİYYƏT
ETSN və Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - FOTO
Ekologiya
AMP
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.Ekologiya.az xəbər verir ki, hər iki qurumun nümayəndələrinin və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.