• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ETSN və Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

    25

    dek

    ETSN və Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib - FOTO

    “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirilib.

    Ekologiya.az xəbər verir ki, hər iki qurumun nümayəndələrinin və könüllülərin iştirakı ilə Bakının Xocasən qəsəbəsində keçirilən aksiya çərçivəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.

    Ağacəkmə aksiyasının keçirilməsində məqsəd yaşıllıq sahələrinin artırılmasını təşviq etmək, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.


    Tarix : 25-12-2024, 07:55 | Oxunub: 976