Tam versiya
Ana səhifə CƏMİYYƏT Güclü külək Cəlilabad və Biləsuvarın bəzi ərazilərini işıqsız qoyub
CƏMİYYƏT

Güclü külək Cəlilabad və Biləsuvarın bəzi ərazilərini işıqsız qoyub


Cəlilabad və Biləsuvar rayonları ərazisində güclü küləyin əsdiyi bildirilib.

Bu barədə “Report”un yerli bürosuna rayon sakinləri məlumat verib.

Onların sözlərinə görə, artıq 1 saatdan çoxdur ki, güclü külək əsməyə başlayıb. Qəfil başlayan külək səbəbindən hər iki rayonun bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb.

Hazırda bölgədə küləkli hava şəraiti davam edir.

Paylaş:
Tam mətni oxu →