Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağstafada vətəndaşları qəbul edib - FOTO
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 16 yanvar 2025-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağstafa rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.
Ekologiya.az bildirir ki, qəbuldan əvvəl Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi anılıb.