• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağstafada vətəndaşları qəbul edib - FOTO

    16

    yan

    Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağstafada vətəndaşları qəbul edib - FOTO

    Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 16 yanvar 2025-ci il tarixində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağstafa rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. 
    Ekologiya.az bildirir ki, qəbuldan əvvəl Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi anılıb. 
    Qəbul zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
    Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını bildirərək, onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

    Tarix : 16-01-2025, 14:51 | Oxunub: 1 976