• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Nazirlikdən meymumçiçəyi ilə bağlı MÜHÜM AÇIQLAMA

    22

    yan

    Nazirlikdən meymumçiçəyi ilə bağlı MÜHÜM AÇIQLAMA

    Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır.

    Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

    Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər:

    “Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma periodunu gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir”.\“Report” 

    Tarix : 22-01-2025, 17:52 | Oxunub: 2 088