Tam versiya
Ana səhifə CƏMİYYƏT Muxtar Babayev "Afrika Missiya 300" sammitinin panel müzakirəsində iştirak edib
CƏMİYYƏT

Muxtar Babayev "Afrika Missiya 300" sammitinin panel müzakirəsində iştirak edib


Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Tanzaniyada keçirilən "Afrika Missiya 300" enerji sammitinin panel müzakirəsində iştirak edib.

Ekologiya.az-ın xəbərinə görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Müzakirə Afrikanın enerji gündəliyinin yeni səviyyəyə çatdırılması, həmçinin Afrika ölkələrinin enerjiyə çıxışı və dövlət siyasətinin tənzimlənməsi məsələlərinə həsr olunub.

"Bu cür müzakirə COP29-da qəbul edilmiş öhdəliklərin, o cümlədən COP29 Fəaliyyət Proqramı çərçivəsində 2030-cu ilə qədər qlobal enerji saxlama gücünün altı dəfə artırılması ilə bağlı vədin yerinə yetirilməsi üçün həlledici əhəmiyyət kəsb edəcək", - məlumatda qeyd olunub.

Paylaş:
Tam mətni oxu →