• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Muxtar Babayev "Afrika Missiya 300" sammitinin panel müzakirəsində iştirak edib

    27

    yan

    Muxtar Babayev "Afrika Missiya 300" sammitinin panel müzakirəsində iştirak edib

    Ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Tanzaniyada keçirilən "Afrika Missiya 300" enerji sammitinin panel müzakirəsində iştirak edib.

    Ekologiya.az-ın xəbərinə görə, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

    Müzakirə Afrikanın enerji gündəliyinin yeni səviyyəyə çatdırılması, həmçinin Afrika ölkələrinin enerjiyə çıxışı və dövlət siyasətinin tənzimlənməsi məsələlərinə həsr olunub.

    "Bu cür müzakirə COP29-da qəbul edilmiş öhdəliklərin, o cümlədən COP29 Fəaliyyət Proqramı çərçivəsində 2030-cu ilə qədər qlobal enerji saxlama gücünün altı dəfə artırılması ilə bağlı vədin yerinə yetirilməsi üçün həlledici əhəmiyyət kəsb edəcək", - məlumatda qeyd olunub.

    Tarix : 27-01-2025, 19:30 | Oxunub: 704