• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

    03

    fev

    Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin müddəti uzadılıb

    Bakıda COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb.

    Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun ““Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarda dəyişiklik edilməsi barədə qərar imzalayıb.


    Dəyişikliklə COVID-19-la mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti 2025-ci il aprelin 1-dək uzadılıb.

    Tarix : 3-02-2025, 20:20 | Oxunub: 1 288