• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb

    28

    fev

    200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb

    Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb.

    “Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “Telegram” kanalında məlumat verilib.

    Hazırda FHN-in Saxalin vilayətindəki əməkdaşları balıqçıları xilas etməyə çalışırlar. Buz kütləsi Lesnoye kəndi yaxınlığında sahildən 700 metr aralıdadır.

    Xilaetmə əməliyyatına 11 nəfər, 6 texnika, o cümlədən “Xivus” hava gəmisi cəlb olunub. Bundan başqa, “Mi-8” helikopteri hazır vəziyyətə gətirilib.

    Tarix : 28-02-2025, 19:44 | Oxunub: 1 312