• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • FHN: İmişlidə su kanalında batması ehtimal olunan uşağın axtarışları davam edir

    27

    dek

    FHN: İmişlidə su kanalında batması ehtimal olunan uşağın axtarışları davam edir

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində bir nəfər azyaşlının batması barədə məlumat daxil olub.

    Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

    Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları davam etdirilir.

    Tarix : 27-12-2023, 13:10 | Oxunub: 2 507