Tam versiya
Ana səhifə DÜNYA 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb
DÜNYA

200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb


Oxot dənizində 200 balıqçı buz kütləsinin üzərində köməksiz qalıb.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin (FHN) “Telegram” kanalında məlumat verilib.

Hazırda FHN-in Saxalin vilayətindəki əməkdaşları balıqçıları xilas etməyə çalışırlar. Buz kütləsi Lesnoye kəndi yaxınlığında sahildən 700 metr aralıdadır.

Xilaetmə əməliyyatına 11 nəfər, 6 texnika, o cümlədən “Xivus” hava gəmisi cəlb olunub. Bundan başqa, “Mi-8” helikopteri hazır vəziyyətə gətirilib.

Paylaş:
Tam mətni oxu →