• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ŞOK OLAY: Sükan arxasına keçən dördayaqlı “sürücü” QƏZA TÖRƏTDİ -

    05

    apr

    ŞOK OLAY: Sükan arxasına keçən dördayaqlı “sürücü” QƏZA TÖRƏTDİ -

    Çində qeyri-adi və bir qədər də gülməli hadisə baş verib.

    Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bir kişi avtomobilini yol kənarında saxlayaraq qısa müddətə maşından uzaqlaşıb. Lakin o, avtomobildən çıxarkən mühərriki söndürməyi unudub. Elə bu vaxt yaxınlıqda olan bir it maşına daxil olaraq sükan arxasına keçib.

    Dördayaqlı "sürücü" mühərriki işləyən maşını hərəkətə gətirib və bir müddət yolla irəliləyib. Ətrafdakı insanlar bu mənzərəni təəccüblə izləyiblər. Bir müddət sonra avtomobil idarəetməni itirərək yol kənarındakı qoruyucu baryerə çırpılıb və dayanıb.

    Hadisə yerinə qayıdan avtomobil sahibi iti maşından uzaqlaşdırıb və bildirib ki, tələsdiyindən avtomobili söndürməyi unudub. Xoşbəxtlikdən hadisə nəticəsində heç kim xəsarət almayıb.

    Sosial şəbəkələrdə yayılan görüntülər qısa zamanda viral olub və istifadəçilər bu hadisəni "ilin ən qəribə avtomobil qəzası" adlandırıblar.

    Tarix : 5-04-2025, 18:35 | Oxunub: 176