COP29 Sədrliyi BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Qlobal Yaşıl Sənayeləşmə Dialoqunda və OPEC Fondunun beynəlxalq seminarında iştirak etmək üçün Vyanaya səfər edib.
AZƏRTAC xəbər verir ki, bu barədə COP29-un rəsmi sosial şəbəkə hesabında paylaşım olunub.
Bildirilib ki, bu tədbirlər COP29 zamanı verilmiş öhdəliklərin ədalətli, planlı və bərabər əsaslı enerji keçidini necə təmin edə biləcəyi ilə bağlı müzakirələr aparmaq üçün əhəmiyyətli bir imkan olacaq.