Tam versiya
Ana səhifə DÜNYA FHN məlumat yaydı: Zavodda güclü yanğın, xəsarət alanlar var
DÜNYA

FHN məlumat yaydı: Zavodda güclü yanğın, xəsarət alanlar var


Rusiyanın Rostov vilayətində poliefir istehsal edən zavodda yanğın baş verib.

Ekologiya.az  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan üçü yanıq xəsarətləri alıb, bir nəfərə kontuziya diaqnozu qoyulub, digər şəxslərdə güclü sınıqlar və yaralar var.

Yanğının dəqiq səbəbi hələlik məlum deyil.


Paylaş:
Tam mətni oxu →