Rusiyanın Rostov vilayətində poliefir istehsal edən zavodda yanğın baş verib.

Ekologiya.az  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 9 nəfər xəsarət alıb. Onlardan üçü yanıq xəsarətləri alıb, bir nəfərə kontuziya diaqnozu qoyulub, digər şəxslərdə güclü sınıqlar və yaralar var.

Yanğının dəqiq səbəbi hələlik məlum deyil.