İrlandiyanın paytaxtı Dublində paytaxtın hava limanına həyata keçirilməsi planlaşdırılan 114 eniş və uçuş qasırğa səbəbindən ertələnib.
Bu barədə Dublin Aeroportu sosial şəbəkədə
yayıb.Qeyd olunub ki, təxirə salınmış reyslərdən 58-i eniş, 56-sı uçuş olub. Təxirə salınmış reyslərin sayının artacağı istisna edilməyib.
in xəbərinə görə, İrlandiyanın milli meteorologiya xidməti “Met Eireann” bazar günü səhər ölkənin əksər hissəsi, o cümlədən Dublin üçün narıncı hava xəbərdarlığı edib ki, bu da küləklərin insanlara, əmlaka və ərazidəki fəaliyyətə əhəmiyyətli dərəcədə təsir göstərə biləcəyini ifadə edir.Qərb və şimal-qərb hissələri daha şiddətli qırmızı xəbərdarlığa məruz qalıb.