• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Dünyanı  dəhşətə gətirən ekoloji FƏLAKƏT: Bu şəhəri məhv edəcək vulkanla bağlı təcili çağrış

    13

    noy

    Dünyanı dəhşətə gətirən ekoloji FƏLAKƏT: Bu şəhəri məhv edəcək vulkanla bağlı təcili çağrış

    Paytaxt Reykyavik yaxınlığındakı təxminən 4000 əhalisi olan İslandiyanın şəhəri yaxın bir neçə saat və ya gün ərzində gözlənilən vulkan püskürməsi nəticəsində ciddi ziyan görə bilər.

    Ölkənin cənub-qərbindəki Qrindovik şəhəri şənbə günü səhər tezdən püskürmənin xəbərçisi olduğu güman edilən maqmanın yer qabığının altındakı yerdəyişməsindən sonra boşaldılıb.

    İslandiyanın Mülki Müdafiə və Fövqəladə Hallar İdarəsinin rəhbəri Vidir Reynisson bildirib ki, hökuməti ərazidəki bütün evlərin və infrastrukturun vəziyyəti çox narahat edir:

    “Təxminən 15 kilometr uzunluğunda bir çökmə mövcuddur və bu çökmənin istənilən nöqtəsində püskürmə baş verə bilər”./Report

    Tarix : 13-11-2023, 09:48 | Oxunub: 2 354