• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü qar həyatı iflic etdi

    06

    fev

    Güclü qar həyatı iflic etdi

    Güclü qar yağması nəticəsində Tokio yaxınlığında avtomobil və dəmir yolu nəqliyyatı qismən bağlanıb.

    Bu barədə Yaponiya Yol İnformasiya Mərkəzi məlumat yayıb.

    Fırtınanın fəsadları aradan qaldırılana qədər paytaxtda bir çox avtomobil yolunun girişləri bağlanıb. Sürücülərdən qış təkərləri və təkərlərində zəncir taxmayan nəqliyyat vasitələrini idarə etməkdən çəkinmələri xahiş olunur.

    Tokio bölgəsində hələ də bəzi qatar xətləri işləmir. Gün ərzində nəqliyyatın hərəkətinin tam bərpası planlaşdırılır. Paytaxtın hava limanlarında ümumilikdə 27 reys təxirə salınıb.//Report

    Tarix : 6-02-2024, 15:01 | Oxunub: 2 239