• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Çin Antarktidada beşinci stansiyasını işə salıb

    07

    fev

    Çin Antarktidada beşinci stansiyasını işə salıb

    Çin beşinci Antarktika stansiyasını istismara verib.

    “Report” xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

    Daha öncə yerli KİV obyektin Ross dənizi ərazisində yerləşdiyini yazıb. Stansiya üçün 5,2 min kvadratmetr sahə seçilib. Yay mövsümündə 80 nəfərlik, qış mövsümündə isə 30 nəfərədək işçi heyətinin yerləşdirilməsi üçün nəzərdə tutulub.

    Çin alimləri çoxsaylı tədqiqatlar, o cümlədən fənlərarası layihələr həyata keçirməyi planlaşdırırlar. Onlar Antarktida sahillərində təbiət hadisələrini, ekologiyanı və canlı aləmi, həmçinin akvatoriyanın vəziyyətini müşahidə edəcəklər.

    Tarix : 7-02-2024, 17:51 | Oxunub: 1 723