Tam versiya
Ana səhifə DÜNYA Antalyada gəmiqayırma zavodunda güclü yanğın baş verib
DÜNYA

Antalyada gəmiqayırma zavodunda güclü yanğın baş verib


Türkiyənin Antalya şəhərinin qərbində gəmiqayırma zavodunda güclü yanğın olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Yanğın saat 20.30-da Konyaaltı ərazisində, gəmiqayırma zavodlarından birində yerləşən azad ticarət zonasında başlayıb”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, ən azı on yanğınsöndürmə briqadası yanğını söndürməyə çalışır. Yanğın nəticəsində xəsarət alan olmayıb.


Paylaş:
Tam mətni oxu →