Türkiyənin Antalya şəhərinin qərbində gəmiqayırma zavodunda güclü yanğın olub.

Trend xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

“Yanğın saat 20.30-da Konyaaltı ərazisində, gəmiqayırma zavodlarından birində yerləşən azad ticarət zonasında başlayıb”, - deyə məlumatda bildirilib.

Qeyd olunub ki, ən azı on yanğınsöndürmə briqadası yanğını söndürməyə çalışır. Yanğın nəticəsində xəsarət alan olmayıb.