Tam versiya
Ana səhifə DÜNYA Qar uçqunu baş verdi - 4 turist öldü
DÜNYA

Qar uçqunu baş verdi - 4 turist öldü


Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.

Trend xəbər berir ki, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.

"İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib.


İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.

Həlak olanların şəxsiyyəti müəyyən olunub.

Paylaş:
Tam mətni oxu →