• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qar uçqunu baş verdi - 4 turist öldü

    27

    fev

    Qar uçqunu baş verdi - 4 turist öldü

    Qırğızıstanda qar uçqunu nəticəsində Çexiyadan olan 4 turist həlak olub.

    Trend xəbər berir ki, bu barədə İssık-Kul vilayətinin Daxili İşlər İdarəsinin mətbuat katibi Stalbek Usubakunov KİV-ə məlumat verib.

    "İssık-Kul vilayətinin Jırqalan dərəsində Çexiyadan gələn dörd turist qar uçqununun altında qalıb", - Usubakunov deyib.


    İlkin məlumata görə, turistlər Jırqalana xizəkdə sürüşmək üçün gəliblər.

    Həlak olanların şəxsiyyəti müəyyən olunub.

    Tarix : 27-02-2024, 09:52 | Oxunub: 2 046