Tam versiya
Ana səhifə DÜNYA Qırğızıstanda qar uçqunu nəticəsində dörd əcnəbi turist həlak olub
DÜNYA

Qırğızıstanda qar uçqunu nəticəsində dörd əcnəbi turist həlak olub


Qırğızıstanın şimal-şərqində qar uçqunu nəticəsində dörd xizəkçi həlak olub.


AZƏRTAC “CBS news” teleradio kampaniyasına istinadla xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 13:00-da Qazaxıstanın Çinlə sərhədinə yaxın İssık-Kul vilayətinin Jırqalan vadisində baş verib. 


Çexiya və Slovakiyadan olan 23 turist xizək sürmək üçün Jırqalan vadisinə gəlib və onlardan dördü qar uçqunu altında qalıb.

Həlak olanlardan üçünün Çexiya, birinin isə Slovakiya vətəndaşı olduğu bildirilir.

 

Paylaş:
Tam mətni oxu →