• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qırğızıstanda qar uçqunu nəticəsində dörd əcnəbi turist həlak olub

    27

    fev

    Qırğızıstanda qar uçqunu nəticəsində dörd əcnəbi turist həlak olub

    Qırğızıstanın şimal-şərqində qar uçqunu nəticəsində dörd xizəkçi həlak olub.


    AZƏRTAC “CBS news” teleradio kampaniyasına istinadla xəbər verir ki, hadisə dünən yerli vaxtla saat 13:00-da Qazaxıstanın Çinlə sərhədinə yaxın İssık-Kul vilayətinin Jırqalan vadisində baş verib. 


    Çexiya və Slovakiyadan olan 23 turist xizək sürmək üçün Jırqalan vadisinə gəlib və onlardan dördü qar uçqunu altında qalıb.

    Həlak olanlardan üçünün Çexiya, birinin isə Slovakiya vətəndaşı olduğu bildirilir.

     

    Tarix : 27-02-2024, 16:30 | Oxunub: 2 675