• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Qırmızı dənizdəki böhran ərzaq və yanacağın bahalaşmasına səbəb olacaq - Blinken

    06

    mar

    Qırmızı dənizdəki böhran ərzaq və yanacağın bahalaşmasına səbəb olacaq - Blinken

    Qırmızı dənizdə mövcud böhran həm də dünya bazarlarında ərzaq və yanacağın qiymətinin artmasına səbəb olacaq.

    Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Al Tani ilə görüşü zamanı deyib.

    "Əlbəttə ki, bu, dünya gəmiçiliyinə cox böyük təsir göstərib. Bu, bir çox insanlar üçün daha yüksək ərzaq və enerji qiymətlərində öz əksini tapacaq", - deyə Qırmızı dənizdəki böhranı şərh edən diplomat qeyd edib.


    Qəzza zolağında münaqişənin gərginləşməsindən sonra Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı İsrail ərazisinə hücumlar həyata keçirəcəkləri və onunla əlaqəli gəmilərin Qırmızı dəniz və Babül-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi barədə xəbərdarlıq edib.

    Tarix : 6-03-2024, 08:45 | Oxunub: 3 508