• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Husilər gəmi hücumlarını genişləndirdilər: Növbədə Hind okeanıdır

    15

    mar

    Husilər gəmi hücumlarını genişləndirdilər: Növbədə Hind okeanıdır

    Yəmən husiləri İsraillə əlaqəli gəmilərin Hind okeanından Ümid burnu (CAR, Kap yarımadasının cənubu) istiqamətində keçməsinin qarşısını alacaqlar.

    Bu barədə “Ənsar Allah” hərəkatının lideri Əbdül Malik əl-Husi xəbərdarlıq edib.

    “Bizim əsas vəzifəmiz düşmən İsraillə əlaqəli gəmilərin təkcə Ərəb dənizi, Qırmızı dəniz və Ədən körfəzindən deyil, həm də Hind okeanından Ümid burnuna doğru keçməsinin qarşısını almaqdır. Bu, mühüm addımdır və bununla bağlı əməliyyatlarımıza başlamışıq”, - deyə husi lideri bildirib.

    Yeri gəlmişkən, Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Nəqliyyatının Koordinasiya Mərkəzi martın 14-dən 15-nə keçən gecə Hudeydanın (Yəmən) 50 mil cənub-qərbində gəmiyə hücum edildiyi barədə məlumat yayıb.

    Qeyd edək ki, 2023-cü ilin oktyabrında İsrail-Həmas qarşıdurmasının başlamasından sonra husilər yəhudi dövləti ilə əlaqəli gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Bununla belə, üçüncü ölkələrin ticarət gəmiləri də hücumlara məruz qalırlar.

    Ekologiya.az

    Tarix : 15-03-2024, 13:55 | Oxunub: 72