Tam versiya
Ana səhifə DÜNYA Yol qəzası nəticəsində 4 nəfər öldü, 36 nəfər yaralandı
DÜNYA

Yol qəzası nəticəsində 4 nəfər öldü, 36 nəfər yaralandı


Boliviyanın cənubunda “Transtin Dil Rey” şirkətinə məxsus sərnişin avtobusunun digər avtomobillə toqquşaraq aşması nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb.


AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, qəza Çukizaka əyalətinin Yotala şəhəri yaxınlığında baş verib. Hakimiyyət orqanları avtomobillərdən birinin əks istiqamətdəki hərəkət zolağına çıxdığını ehtimal edilər.

Hadisə ilə bağlı araşdırma aparılır.

Paylaş:
Tam mətni oxu →