Boliviyanın cənubunda “Transtin Dil Rey” şirkətinə məxsus sərnişin avtobusunun digər avtomobillə toqquşaraq aşması nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb.
AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, qəza Çukizaka əyalətinin Yotala şəhəri yaxınlığında baş verib. Hakimiyyət orqanları avtomobillərdən birinin əks istiqamətdəki hərəkət zolağına çıxdığını ehtimal edilər.
Hadisə ilə bağlı araşdırma aparılır.