• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yaponiyada 7,5 bal gücündə zəlzələ oldu: 3 metrlik sunami....

    03

    apr

    Yaponiyada 7,5 bal gücündə zəlzələ oldu: 3 metrlik sunami....

    Tayvanın şərq sahillərində baş verən 7,5 maqnitudada zəlzələdən sonra Yaponiyanın Okinava prefekturasının adaları üçün 3 metrlik sunami təhlükəsi yaranıb.

    Ekologiya.az report.az-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

    Miyakodzima və Yaeyama adalarına sunami təsirinin təxmini vaxtı yerli vaxtla saat 09:10-dur (Bakı vaxtı ilə saat 04:10). Dalğanın sahilə çatıb-çatmadığı barədə hələ məlumat yoxdur. Prefekturanın əsas adası olan Okinava ərazisində yerləşən adalar üçün yerli vaxtla saat 10:00-a (Bakı vaxtı ilə saat 05:00) sunami proqnozlaşdırılır.

    İdarə qeyd edib ki, 7,5 maqnitudada zəlzələnin episentri Tayvanın şərq sahilləri yaxınlığında yerləşib.

    Tarix : 3-04-2024, 16:28 | Oxunub: 2 007