• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Daha bir güclü zəlzələ OLDU

    11

    dek

    Daha bir güclü zəlzələ OLDU

    Şimali Kuril adaları sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

    Ekologiya.az xəbər verir ki, bu barədə RİA Novosti Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovaya istinadən məlumat yayıb. “Dekabrın 10-da saat 19.51-də (Moskva vaxtı ilə 11.51) Şimali Kuril adaları yaxınlığında 5.2 bal gücündə zəlzələ baş verib.

    Zəlzələnin episentri Sakit okeanda, Severo-Kurilsk şəhərindən 70 kilometr şimal-şərqdə, Paramuşir adasında olub”, – həmsöhbət. agentliyinə müsahibəsində bildirib. Ekspertin sözlərinə görə, yeraltı təkanları Severo-Kurilsk sakinləri hiss edib, onların gücü 3 bal olub. Tələfat və dağıntı yoxdur, sunami ehtimalı açıqlanmır.

    Tarix : 11-12-2023, 09:40 | Oxunub: 2 582