ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) kosmosda nüvə silahının yerləşdirilməməsinə dair qətnamə layihəsini səsverməyə çıxaracaq.

Trend-in məlumatına görə, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Biz bu qətnaməni gələn həftənin əvvəlində səsverməyə çıxaracağıq”, - deyə Ağ ev rəsmisi vurğulayıb.


Kirbi əlavə edib ki, Vaşinqton Rusiyanın qətnaməyə səs verməsini gözləyir.