• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İranda ardıcıl üç zəlzələ olub

    05

    apr

    İranda ardıcıl üç zəlzələ olub

    İranda ardıcıl üç zəlzələ qeydə alınıb.

    Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu gün Xuzistan əyalətində ardıcıl üç dəfə zəlzələ baş verib.

    Məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə zəlzələlər qeydə alınıb.

    Tehran Universitetinin Geofizika İnstitutunun Milli Syesmoloji Mərkəzi bildirib ki, zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq 8, 19 və 31 kilometr dərinliklərdə olub.

    Tarix : 5-04-2024, 15:54 | Oxunub: 1 709