• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Türkiyədə iki güclü zəlzələ, ölkə YENİDƏN SİLKƏLƏDİ

    24

    noy

    Türkiyədə iki güclü zəlzələ, ölkə YENİDƏN SİLKƏLƏDİ

    Türkiyənin Malatya şəhərinin Battalqazi rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

    Ekologiya.az "TRT Haber"ə istinadla xəbər verir ki, təkanlar yerli vaxtla 17:46 radələrində qeydə alınıb.

    AFAD-ın yaydığı məlumata görə, zəlzələ ocağı yerin 6,99 kilometr dərinliyində qeydə alınıb.

    Birinci təkandan 3 dəqiqə sonra, saat 17:49 radələrində episentri Battalqazi rayonu olan 4,7 bal gücündə daha bir zəlzələ olub.

    Sözügedən iki zəlzələdən sonra bölgədə daha 16 yeraltı təkan baş verib.

    Dağıntı və itkilərlə bağlı məlumat verilməyib.

    Tarix : 24-11-2023, 01:02 | Oxunub: 1 494