Çinin Sincan-Uyğur Muxtar Rayonunda 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Kuça qəzasından 67 km qərbdə olub. Təkanların ocağı 10 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.