• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

    23

    apr

    ABŞ günəş enerjisinin inkişafı üçün 7 milyard dollar ayırıb

    Beynəlxalq Yer Günü münasibətilə ABŞ Prezidenti Cozef Bayden günəş enerjisi layihələri üçün 7 milyard dollar qrant elan edib.


    AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ lideri “X” sosial hesabında bildirib.

    “İqlim dəyişikliyi bəşəriyyət üçün real təhlükə yaradır. Hər gün biz iqlim dəyişikliyi ilə mübarizə üçün əlimizdən gələni etməyə sadiqik. Beynəlxalq Yer Günündə mən bütün amerikalıları Yer kürəmizi qorumaq zərurəti üzərində düşünməyə və iqtisadiyyatı inkişaf etdirərkən və hamı üçün daha sağlam, təhlükəsiz və ədalətli gələcək yaradarkən iqlim dəyişikliyi ilə mübarizə çağırışına qulaq asmağa çağırıram”, - deyə Bayden bəyan edib.

    Qeyd edək ki, hər il dünyada aprelin 22-si Beynəlxalq Yer Günü kimi qeyd olunur

    Tarix : 23-04-2024, 11:05 | Oxunub: 42