15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisinə daxil olan Qəbələ və Oğuz rayonlarında meşələrin mühafizəsi istiqamətində işlər davam etdirilir.
Müşahidələrimiz zamanı məlum olub ki, yanğın təhlükəsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər həyata keçirilir, əhali arasında maarifləndirmə işləri aparılır. Mərkəzdən verilən məlumata görə, qanunsuz ağackəsmə hallarının qarşısının alınması üçün mütəmadi reydlər təşkil olunur və nəzarət tədbirləri gücləndirilir.
Yerli sakinlər də görülən işləri müsbət qiymətləndirərək meşələrin qorunması və bərpasının həm ekoloji tarazlığın saxlanılması, həm də bölgədə turizmin inkişafı baxımından əhəmiyyətli olduğunu bildirirlər.
Ekologiya.az olaraq 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin fəaliyyəti ilə bağlı hazırladığımız geniş reportajı tezliklə təqdim edəcəyik.



[catlist=1]
[catlist=1]
[catlist=1]
[catlist=1]