• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Güclü külək altı nəfərin həyatına son qoyub

    25

    may

    Güclü külək altı nəfərin həyatına son qoyub

    Şri-Lankada altı nəfər güclü küləyin aşırdığı ağacların altında qalaraq həlak olub.


    AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, fəlakətlərin idarə edilməsi mərkəzinin direktoru Pradip Kodippili insanları diqqətli olmağa və avtomobillərini ağacların altında saxlamamağa çağırıb. Onun sözlərinə görə, ölüm hadisələri Qalle, Ratnapura, Puttalam və Nuvara-Eliya rayonlarından qeydə alınıb, 1246 evə ziyan dəyib, 34880 nəfər kəskin hava şəraitinin təsirinə məruz qalıb.


    Şri-Lanka Meteorologiya Departamenti Benqal körfəzi üzərində formalaşmış siklonun inkişaf etdiyi və şənbə günü gecə saatlarında şiddətli qasırğaya çevriləcəyi ilə bağlı xəbərdarlıq edib.

    Tarix : 25-05-2024, 09:00 | Oxunub: 2 381