• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Azərbaycanla BƏƏ arasında əməkdaşlıq istiqamətləri genişləndirilir

    13

    iyn

    Azərbaycanla BƏƏ arasında əməkdaşlıq istiqamətləri genişləndirilir

    Bakıda keçirilən Azərbaycan–Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumu ikinci gün işini davam etdirib.


    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov və BƏƏ-nin İctimai İnkişaf Qurumunun icraçı direktoru, dövlət naziri Hessa Bint Eissa Buhumaidin açılış nitqindən sonra Azərbaycan və BƏƏ əməkdaşlığı barədə videotəqdimat nümayiş olunub.


    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iqtisadiyyatın şaxələndirilməsi və investisiya, ekologiya və yaşıl enerji, təhsil, səhiyyə, sosial rifah, habelə dövlət xidmətləri və innovasiyalar mövzuları üzrə dəyirmi masa formatında paralel sessiyalar keçirilib.


    Sessiyalarda həmin mövzular üzrə hər iki ölkənin yüksək vəzifəli rəsmilərinin iştirakı ilə müzakirələr aparılıb, əldə olunmuş qabaqcıl təcrübələr paylaşılıb.


    Sessiyaların yekununda layihələrin müəyyən olunması və həyata keçirilməsi məqsədilə tərəflər arasında birgə iş aparılması barədə ilkin razılıq əldə edilib. Azərbaycan və BƏƏ hökumətlərinin nümayəndələri birgə çalışacaq və müəyyən edilmiş layihələri icra edəcəklər.


    Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılıb.


    2022-ci il noyabrın 28-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icrası çərçivəsində keçirilən forumda hər iki ölkə hökumətinin müxtəlif sahələr üzrə yüksəkvəzifəli rəsmiləri iştirak ediblər.

    Tarix : 13-06-2024, 10:50 | Oxunub: 176