• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Quş qripi pandemiyasına hazırlıq üçün 5 milyon doza peyvənd alındı

    04

    dek

    Quş qripi pandemiyasına hazırlıq üçün 5 milyon doza peyvənd alındı

    Böyük Britaniya hökuməti quş qripi ilə bağlı potensial pandemiyaya qarşı mübarizə məqsədilə 5 milyon dozadan çox quş qripi peyvəndi alıb.


    AZƏRTAC xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi məlumat yayıb. 


    Bildirilib ki, bu addım virusun quşlar arasında yayılmasının artması fonunda atılıb. Hazırda virusun insandan insana ötürülməsinə dair heç bir sübut yoxdur və peyvənd yalnız virus insanlar arasında yayıldığı təqdirdə istifadə üçün nəzərdə tutulub.


    Oksford Universitetinin Oksford Peyvənd Qrupunun direktoru Endryu Pollard bildirib ki, qripin yeni bir ştamının ortaya çıxması pandemiya təhlükələri siyahısında birinci yerdə qalır və buna görə də H5 kimi potensial riskli qrip növlərinə qarşı davamlılığın təmin edilməsi gələcək pandemiya və epidemiyaya hazırlıq üçün vacibdir.

    Tarix : 4-12-2024, 10:06 | Oxunub: 1 528