• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • 6,2 bal gücündə ZƏLZƏLƏ oldu - DAĞINTƏ VƏ TƏLAFATLA BAĞLI...

    21

    dek

    6,2 bal gücündə ZƏLZƏLƏ oldu - DAĞINTƏ VƏ TƏLAFATLA BAĞLI...

    Vanuatuda 6,2 maqnitudalı zəlzələ olub.

    Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib.

    Tələfat və dağıntılar barədə məlumat yoxdur.

    Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə nəticəsində Yeni Zelandiya, ABŞ, Fransa və bir sıra digər ölkələrin səfirliklərinin yerləşdiyi binalara ziyan dəyib. Sinxua agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində iki Çin vətəndaşı həlak olub.//Report

    Tarix : 21-12-2024, 21:01 | Oxunub: 1 176