• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Köpəkbalığı Avropa Komissiyasının rəsmisini parçaladı

    30

    dek

    Köpəkbalığı Avropa Komissiyasının rəsmisini parçaladı

    Dekabrın 29-da Qırmızı dənizin Misir sahillərində köpəkbalığının hücumuna məruz qalan turistlərin kim olduğu açıqlanıb.

    Ekologiya.az ANSA agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində həyatını itirən Canluka Di Coy Avropa Komissiyasının vəzifəli şəxsi imiş.

    Dekabrın 21-də 48 yaşını qeyd edən Canluka Di Coy Misirin Marsa Alam şəhərində ailəsi ilə birlikdə tətildəymiş. Agentliyin məlumatına görə, hücum təyin olunmuş naviqasiya zonasından kənarda, dərin sularda baş verib. Hadisə baş verən zaman Di Coyun yanında sağ qalmağı bacaran 69 yaşlı Peppino Fappani onun dostu olub.

    İlkin məlumata görə, köpək balığı Fappani dostuna kömək etmək istəyən zaman ona da hücum edib. Onun özü ciddi xəsarət almasa da, Di Coy xilas ola bilməyib.

    Musavat.com

    Tarix : 30-12-2024, 19:51 | Oxunub: 1 400