Tam versiya
Ana səhifə EKOLOGİYA İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir- 80 min borcu var
EKOLOGİYA

İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir- 80 min borcu var


Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

Musavat.com xəbər verir ki, idarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.

MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.

Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.

Paylaş:
Tam mətni oxu →