• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir- 80 min borcu var

    24

    fev

    İcra hakimiyyəti aldığı zibil qablarının pulunu ödəmir- 80 min borcu var

    Naxçıvan Şəhər İcra Hakimiyyətinin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsi 80 minlik borcunu ödəmədiyi üçün məhkəməyə verilib.

    Musavat.com xəbər verir ki, idarə MMC-lərdən birindən 150 ədəd zibil qutusu alıb. Lakin müqavilə öhdəliyini yerinə yetirməyərək ödənişi etməyib.

    MMC 2023-cü ildən ödənişini ala bilmədiyi üçün məhkəməyə üz tutub.

    Məhkəmə MMC-nin Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə qarşı iddiasını təmin edib. Məhkəmə qərarına əsasən idarədən 80 min tutularaq MMC-yə ödənilməlidir.

    Tarix : 24-02-2025, 13:26 | Oxunub: 1 392