• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Yağış, dolu, QAR - Sabahın HAVASI

    17

    mar

    Yağış, dolu, QAR - Sabahın HAVASI

    Azərbaycanda martın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Ekologiya.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-13, gündüz 25-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70, gündüz 45-50 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi, dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 9-14, gündüz 26-31, dağlarda gecə 4-9, gündüz 20-25 dərəcə isti olacaq.

    Tarix : 17-03-2025, 14:58 | Oxunub: 1 096