• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Xidmət rəisinin müavini: Dağlıq rayonlarda yaranan qar örtüyü aprel ayı üçün xarakterik deyil

    16

    apr

    Xidmət rəisinin müavini: Dağlıq rayonlarda yaranan qar örtüyü aprel ayı üçün xarakterik deyil

    “Hazırda ölkə ərazisində qarlı hava şəraiti də müşahidə edilir. Dağlıq rayonlarda qar artıq örtük əmələ gətirib. Bu da aprel ayı üçün xarakterik deyil”.


    Ekologiya.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova jurnalistlərə açıqlamasında deyib.


    "Quba rayonunun Xınalıq məntəqəsində qar örtüyünün hündürlüyü 71 santimetr təşkil edir. Qusar rayonunda da qar örtüyünün hündürlüyü yarım metri keçib. Bu günlərdə temperaturun yüksəlməsi qar örtüyünün əriməsinə gətirib çıxaracaq ki, bu da çaylara öz təsirini göstərəcək. Növbəti günlərdə çayların sululuğunun davam edəcəyi gözlənilir. Aprelin 17-dən temperaturun yüksəlməsi proqnozlaşdırılır. Beləliklə, aprel ayı üçün xarakterik olan iqlim şəraitini növbəti günlərdə müşahidə edə biləcəyik, - deyə G.Abbasova qeyd edib.


    Xidmət rəsmisinin sözlərinə görə, iqlim dəyişmələri fonunda belə analoji hadisələr tez-tez təkrarlanması müşahidə edilir. O, daha sonra deyib: “Təkcə ölkəmizdə deyil, digər ölkələrdə də belə hallar qeydə alınır. Hazırda Türkiyə, İspaniya, Rusiya və digər ölkələrdə də bu cür analoji halların sayında artım müşahidə edilməkdədir”.


    Tarix : 16-04-2025, 20:36 | Oxunub: 1 496