Bəzi hadisələr bioloji müxtəlifliyin qorunduğu mühüm ekosistemi rusk altına salır
Səhralar və quraq ərazilər çox zaman kimsəsiz, həyatın olmadığı boş məkanlar kimi təsəvvür olunsa da, əslində bu bölgələr Yer kürəsinin ekoloji tarazlığında mühüm rol oynayır. Onlar böyük miqdarda karbonu özündə saxlayaraq qlobal iqlimin tənzimlənməsinə töhfə verir, nadir bioloji müxtəlifliyin qorunduğu mühüm ekosistemlərdən sayılır.
Bəzi səhralarda müxtəlif bitki və heyvan növlərini yaşadan gizli su hövzələri mövcuddur. Çox çətin şəraitə baxmayaraq, bu ərazilər milyonlarla insanın yaşam məkanıdır və onların həyat tərzi bu mühitlə sıx bağlıdır.