• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • Bəzi hadisələr bioloji müxtəlifliyin qorunduğu mühüm ekosistemi rusk altına salır

    25

    apr

    Bəzi hadisələr bioloji müxtəlifliyin qorunduğu mühüm ekosistemi rusk altına salır

    Səhralar və quraq ərazilər çox zaman kimsəsiz, həyatın olmadığı boş məkanlar kimi təsəvvür olunsa da, əslində bu bölgələr Yer kürəsinin ekoloji tarazlığında mühüm rol oynayır. Onlar böyük miqdarda karbonu özündə saxlayaraq qlobal iqlimin tənzimlənməsinə töhfə verir, nadir bioloji müxtəlifliyin qorunduğu mühüm ekosistemlərdən sayılır.


    Bəzi səhralarda müxtəlif bitki və heyvan növlərini yaşadan gizli su hövzələri mövcuddur. Çox çətin şəraitə baxmayaraq, bu ərazilər milyonlarla insanın yaşam məkanıdır və onların həyat tərzi bu mühitlə sıx bağlıdır.


    Lakin iqlim dəyişikliyi, torpaq eroziyası və insan fəaliyyəti nəticəsində səhralaşma prosesi sürətlənir. Bu isə həm təbii sistemləri, həm də onlardan asılı olan insan icmalarını risk altına salır.


    Bu həyati əhəmiyyət daşıyan ekosistemləri qorumaq üçün torpaqdan davamlı və səmərəli istifadə edilməli, mühafizə tədbirləri genişləndirilməlidir.

    Ekologiya.az

    Tarix : 25-04-2025, 17:25 | Oxunub: 1 032